Mübariz Qurbanlı “Müxalifətçilik fəaliyyətinin əsasları haqqında” qanun layihəsini anormal sayır

Mübariz Qurbanlı “Müxalifətçilik fəaliyyətinin əsasları haqqında” qanun layihəsini anormal sayır
# 18 fevral 2008 15:20 (UTC +04:00)
Bakı. Fərid Əkbərov APA. ““Müxalifətçilik fəaliyyətinin əsasları haqqında” qanun layihəsini anormal təklif sayıram”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. Millət vəkili Pənah Hüseynin Milli Məclisə təqdim etdiyi “Müxalifətçilik fəaliyyətinin əsasları haqqında” qanun layihəsinə münasibət bildirən M. Qurbanlının sözlərinə görə, partiyaların qərargahla təmin edilməsini, onların fəaliyyətini tənzimləyən hüquqi sənəd “Siyasi partiyalar haqqında” qanundur: “Bu qanun siyasi fəaliyyəti tənzimləmək gücündədir. Bunun içində iqtidar da var, müxalifət də. “Müxalifətçilik fəaliyyətinin əsasları haqqında” qanun heç bir ölkədə yoxdur. Demokratik ölkələrdə “Siyasi partiyalar haqqında” qanun olur və bu da siyasi fəaliyyəti reqlamentləşdirir. Onda belə çıxır ki, iqtidar fəaliyyəti haqqında da qanun layihəsi hazırlanmalıdır?” M. Qurbanlı qanun layihəsinin P. Hüseynin kəşfi olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR