Pənah Hüseyn PKK-nın və 23 erməni qurumunun terror təşkilatı kimi tanınması ilə bağlı qanun layihəsini parlamentə təqdim edib

Pənah Hüseyn PKK-nın və 23 erməni qurumunun terror təşkilatı kimi tanınması ilə bağlı qanun layihəsini parlamentə təqdim edib
# 19 fevral 2008 10:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn PKK-nın terror təşkilatı kimi tanınması ilə bağlı hazırladığı qanun layihəsini Milli Məclis rəhbərliyinə təqdim edib. Bu barədə APA-ya məlumat verən P. Hüseynin sözlərinə görə, 4 maddədən ibarət olan layihədə PKK-nın terror təşkilatı kimi tanınması, bu təşkilatın tərkibində fəaliyyətə görə cinayət məsuliyyətinin nəzərdə tutulması, Cinayət Məcəlləsinə terror təşkilatı və terror təşkilatının fəaliyyətində iştirakla bağlı məsuliyyət müəyyən edən əlavə və düzəlişlərin edilməsi nəzərdə tutulur. P. Hüseyn parlamentə erməni terror təşkilatları ilə bağlı da qanun layihəsi təqdim edib. Onun sözlərinə görə, bu qanun layihəsində 23 erməni terror təşkilatı və “Dağlıq Qarabağ hökuməti” adlanan qurumun terror təşkilatı kimi tanınması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR