Mənuçöhr Mottaki: “İran Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində aktiv rol oynamağa hazırdır”

Mənuçöhr Mottaki: “İran Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində aktiv rol oynamağa hazırdır”
# 20 fevral 2008 08:20 (UTC +04:00)
APA-nın İran Xarici İşlər Nazirliyinin mətbuat və informasiya bürosuna istinadən yaydığı məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. M. Mottaki bildirib ki, İran Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində aktiv rol oynamağa hazırdır: “İran Azərbaycan xalqını özünə qardaş xalq hesab edir və Azərbaycanın inkişafına, öz inkişafına olduğu kimi həssaslıqla yanaşır”. İki ölkənin xalqları arasında tarixi və mədəni əlaqələrin genişləndirilməsi məsələsinə toxunan XİN başçısı bildirib ki, Azərbaycanla İranın rəsmi şəxsləri siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək və dəstəkləmək niyyətindədir. M. Mottaki qeyd edib ki, İran Bakıda keçiriləcək “Xəzər dənizinin təhlükəsizliyi” konfransında iştiraka hazırdır. S. Əbiyev öz növbəsində deyib ki, rəsmi Bakı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf edəcəyinə inanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR