Səyavuş Novruzov: “Dünya praktikasında terrorçu təşkilatların tanınması üçün parlamentdə xüsusi qanunun qəbul olunması təcrübəsi yoxdur”

Səyavuş Novruzov: “Dünya praktikasında terrorçu təşkilatların tanınması üçün parlamentdə xüsusi qanunun qəbul olunması təcrübəsi yoxdur”
# 20 fevral 2008 14:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Dünya praktikasında müxalifətin nəzərdə tutduğu kimi, terrorçu təşkilatların tanınması üçün parlamentdə xüsusi qanunun qəbul olunması təcrübəsi yoxdur. Türkiyə parlamenti belə PKK-nın terrorçu təşkilat olması barədə qərar çıxarmayıb”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov “Müsavat” deputat qrupunun PKK-nın terror təşkilatı kimi tanınması ilə bağlı hazırladığı qanun layihəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, PKK ilə bağlı Azərbaycan prezidenti, Xarici İşlər Nazirliyi müvafiq bəyanatlar veriblər: “Bu məsələ bir neçə dəfə parlamentdə müzakirə olunub. Ümumilikdə hər bir dövlət siyahı dərc edib ki, bu təşkilatlar terrorçu təşkilatlardır. Biz də PKK-nı, ASALA-nı və başqa bu kimi təşkilatları terrorçu qurumlar kimi tanımışıq. Bunun Milli Məclisdə müzakirəsinə heç bir əsas yoxdur. Azərbaycan antiterror koalisiyasının üzvüdür. Biz terrorun maliyyələşməsi, ona köməklə bağlı qanun layihələri qəbul etmişik. Müxalifətin addımı isə şoudur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR