122 saylı Xankəndi seçki dairəsinin seçicilərinin sayı 500 nəfərə qədər artacaq

122 saylı Xankəndi seçki dairəsinin seçicilərinin sayı 500 nəfərə qədər artacaq
# 21 fevral 2008 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Seçici siyahılarının yenidən tərtib olunması zamanı 122 saylı Xankəndi seçki dairəsinin seçicilərinin sayının 500 nəfərdən çox artacağı gözlənilir. Dairə Seçki Komissiyasının (DSK) sədri Allahverdi Doluxanovun APA-ya verdiyi məlumata görə, artıq bütün məntəqələrdə siyahılar hazırlanaraq DSK-ya təhvil verilib. Seçici siyahılarının tam hazırlanmadığı deyən A. Doluxanov prosesin martın əvvəllərində başa çatacağını və seçicilərin sayının həmin vaxt dəqiq bilinəcəyini deyib. Onun sözlərinə görə, 2007-ci ildə DSK-da 4218 nəfər seçici olub. DSK sədri bildirib ki, seçicilərin sayı 18 yaşına çatmış şəxslərin və bu vaxta kimi digər dairələrdə səs verən Xankəndi sakinlərinin bu dairəyə qaytarılması nəticəsində artıb. DSK sədri onu da qeyd edib ki, bəzi seçicilər səsverməyə gəlmək üçün 80-100 kilometr məsafə qət etməli olur. O, siyahıların hazırlanması başa çatdıqdan sonra 50 nəfərdən çox kompakt şəkildə yaşayan Xankəndi sakinləri üçün yeni seçki məntəqələrin yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR