Asim Mollazadə amerikalı senator Sem Braunbeklə görüşüb

Asim Mollazadə amerikalı senator Sem Braunbeklə görüşüb
# 21 fevral 2008 12:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə ABŞ Senatının üzvü, “Böyük İpək Yolu strategiyası haqqında Akt” layihəsinin müəllifi Sem Braunbeklə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə “İpək yolu” strategiyası, Azərbaycanla ABŞ arasındakı tərəfdaşlıq, regional enerji və nəqliyyat layihələri, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə edilib. A. Mollazadə Azərbaycanın birgə regional layihələr həyata keçirdiyi dövlətlərlə, həmçinin GUAM-la birlikdə “İpək yolu” strategiyasının reallaşması istiqamətində ciddi addımlar atdığını bildirib. Türkiyə və Qazaxıstan da daxil olmaqla Azərbaycanın strateji tərəfdaşlarının böyük insani potensialına malik olduğunu deyən partiya sədri Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum enerji layihələri ilə yanaşı Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin “İpək yolu” birliyinin yaradılması və inkişafı üçün əsas rol oynadığını qeyd edib. Sözügedən məsələlər ətrafında görüşdə qarşılıqlı müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR