Seçici siyahılarının DSK-larda yenidən tərtib olunması martın 5-də başa çatacaq

Seçici siyahılarının DSK-larda yenidən tərtib olunması martın 5-də başa çatacaq
# 24 fevral 2008 10:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Seçici siyahılarının Dairə Seçki Komissiyalarında (DSK) yenidən tərtib olunması martın 5-nə kimi başa çatacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bütün seçki məntəqələri siyahıları hazırlayaraq DSK-lara təhvil veriblər. DSK-lar isə öz növbəsində Seçki Məcəlləsinin tələbinə uyğun olaraq siyahıları dəqiqləşdirdikdən sonra martın 5-dən aprelin 5-dək MSK-ya təqdim etməlidirlər. Bundan sonrakı mərhələdə isə siyahılar MSK-da dəqiqləşdiriləcək, mayın 25-dək təsdiq ediləcək və qurumun rəsmi saytına yerləşdiriləcək. Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda 4 milyon 683 min 400 nəfər seçici olub ki, onların 2 milyon 275 min 803 nəfəri kişi, 2 milyon 407 min 597 qadın olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR