Qırğızıstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Qırğızıstan parlamentinin sədri Azərbaycana səfər edəcək
# 25 fevral 2008 13:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qırğızıstan parlamentinin sədri Adaxan Madumarovun Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Ağayev APA-ya bildirib ki, səfərlə bağlı hazırlıq işləri yekunlaşıb və o, martın axırlarında Bakıya gələcək. Səfər çərçivəsində iki ölkə parlamentləri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr və qanunvericilik sahəsində təcrübə mübadiləsi haqda fikir mübadiləsi aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR