Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvləri Milli Demokratiya İnstitutunun proqram meneceri ilə görüşüblər

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvləri Milli Demokratiya İnstitutunun proqram meneceri ilə görüşüblər
# 25 fevral 2008 15:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının üzvləri Milli Demokratiya İnstitutunun (MDİ) proqram meneceri Aida Suyunduyeva ilə görüşüblər. DUİ-dən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ problemi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi və demokratik seçki mühitinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanda demokratiyanın inkişafına yardım edəcək bu və ya digər məsələlərlə əlaqədar tərəflərin əməkdaşlıq niyyəti də müsbət qarşılanıb. Belə görüşlərin və müzakirələrin mütəmadi keçirilməsinin əhəmiyyətli olduğu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR