Millət vəkili: “Azərbaycandakı şadlıq evlərində səs normaları insanları kontuziya həddinə çatdıracaq səviyyədə pozulur”

Millət vəkili: “Azərbaycandakı şadlıq evlərində səs normaları insanları kontuziya həddinə çatdıracaq səviyyədə pozulur”
# 28 fevral 2008 12:46 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib. Komissiya sədri bu gün şadlıq evlərində təşkil olunan toylarda səs normalarının kobudcasına pozulduğunu deyib. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində şadlıq evlərində səs normaların pozulmasına dair dəhşətli faktlar meydana çıxıb: “Hətta mütəxəssislər bu binaların uçmamasından təəccübləniblər. Azərbaycanın şadlıq evlərində səsin norması dörd dəfədən on dörd dəfəyədək pozulur. Səs normalarının on dörd dəfədən çox pozulması artıq kontuziyanın göstəricisidir. Bu isə sonradan müxtəlif psixi xəstəliklər törədir”. H. Rəcəblinin fikrincə, bu işlərlə Mədəniyyət və Turizm Nazirliyi ciddi məşğul olmalıdır. Millət vəkili hesab edir ki, şadlıq evlərinə verilən lisenziyada səsin diapazonu, təklif olunan yeməklər və musiqiçilərin davranış qaydaları əksini tapmalıdır: “Tez-tez yeməkxana və restoranlarda insanlar zəhərlənir. Toylarda folklor unudulub”. H. Rəcəbli vəziyyətdən çıxış yolu kimi nümunəvi toyların təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Şəxsən, oğlum evlənəndə ona nümunəvi toy etməyi nəzərdə tuturam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR