İlkka Kanerva partiya rəhbərləri və ATƏT-ə üzv və tərəfdaş ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri ilə görüşüb

İlkka Kanerva partiya rəhbərləri və ATƏT-ə üzv və tərəfdaş ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri ilə görüşüb
# 28 fevral 2008 15:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova, Ramil Məmmədli-APA. Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri İlkka Kanerva bir neçə partiyanın rəhbəri ilə görüşüb. APA-nın məlumatına görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov, Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, sədr səlahiyyətlərini yerinə yetirən Fuad Muxtarovun iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanda seçki mühiti və ictimai-siyasi proses barədə müzakirələr aparılıb. İ. Kanerva həmçinin ATƏT-ə üzv və tərəfdaş ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri ilə də görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR