Valeri Çeçelaşvili GUAM-ın fəaliyyətinin genişləndirilməsi ilə bağlı danışıqlar aparır

Valeri Çeçelaşvili GUAM-ın fəaliyyətinin genişləndirilməsi ilə bağlı danışıqlar aparır
# 04 mart 2008 13:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat GUAM-ın baş katibi təşkilatın fəaliyyətinin genişləndirilməsi məqsədilə görüşlər keçirir. APA-nın məlumatına görə, V. Çeçelaşvili bu məqsədlə Yaponiyanın Ukraynadakı səfiri Mutsuo Mabuçi və Avropa Komissiyasının Ukraynadakı nümayəndəliyinin rəhbəri İyen Tindal Bouqla görüşüb. Görüşlərdə GUAM-Yaponiya formatında əməkdaşlıq və GUAM-la Avropa Birliyi arasındakı əməkdaşlığın perspektivləri müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR