Piter Semnebi Serj Sarkisyanla Ermənistandakı vəziyyəti və atəşkəs pozuntusunu müzakirə edib

Piter Semnebi Serj Sarkisyanla Ermənistandakı vəziyyəti və atəşkəs pozuntusunu müzakirə edib
# 07 mart 2008 09:52 (UTC +04:00)
İrəvan APA. Ermənistanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi baş nazir Serj Sarkisyanla görüşüb. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, görüşdə Ermənistandakı son hadisələr, siyasi böhrandan çıxış yolları və martın 4-də cəbhə xəttində baş vermiş atəşkəs pozuntusu müzakirə edilib. Tərəflər paytaxtda elan olunmuş fövqəladə vəziyyətin vaxtından əvvəl ləğvinin vacibliyini vurğulayıblar. S. Sarkisyan martın 4-də qoşunların təmas xəttində baş vermiş insident barədə P. Semnebini məlumatlandırıb. O, ümid etdiyini bildirib ki, beynəlxalq qurumların köməyi ilə belə halların qarşısı alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR