Vətəndaş və İnkişaf Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşır

Vətəndaş və İnkişaf Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşır
# 09 mart 2008 10:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Partiyanın sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, onlar VİP-ə qərargah tikmək üçün şəhər rəhbərliyinə torpaq sahəsi ayrılması xahişi ilə bağlı müraciət etsələr də, buna mənfi cavab verilib. BŞİH 2001-ci ildən hüquqi şəxslər üçün torpaq sahəsinin ayrılması səlahiyyətinin onlardan alındığını əsas gətirib. Şəhər rəhbərliyinin hüquqi şəxslər arasında ayrı-seçkiliyə yol verdiyini bildirən Ə. Əliyev hazırda partiya hüquqşünaslarının BŞİH-in son bir neçə ildə digər hüquqi şəxslər üçün ayırdığı torpaq sahələrinin siyahısını hazırladığını bildirib. Partiya öz iddiasında şəhər rəhbərliyinin addımına qarşı tədbir görülməsi və VİP-ə torpaq sahəsinin ayrılması barədə qətnamə qəbul olunmasını istəyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR