Azərbaycan Milli Məclisinin üzvləri AŞ PA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşəcəklər

Azərbaycan Milli Məclisinin üzvləri AŞ PA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşəcəklər
# 15 mart 2008 09:26 (UTC +04:00)
Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, martın 19-dək davam edəcək səfər çərçivəsində deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında iştirak edəcəklər. Onlar AŞ PA Monitorinq Komitəsində aparılan müzakirələrdə Azərbaycanın mövqeyini bildirəcəklər. Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Monitorinq Komitəsinin iclasında iştirak edəcək.
Qeyd edək ki, S. Seyidov artıq Parisdədir. O, AŞ PA Bürosunun martın 13-də keçirilmiş iclasında iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR