Daha bir ABŞ konqresmeni Azərbaycan işçi qrupuna qoşulub

Daha bir ABŞ konqresmeni Azərbaycan işçi qrupuna qoşulub
# 17 mart 2008 11:58 (UTC +04:00)
Nyu-York ştatından Nümayəndələr Palatasına seçilmiş E. Tauns bu qruplara qoşulmaq niyyətini martın 16-da Bruklində Amerika Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilən Novruz şənliyində bəyan edib. Tədbirdə çıxış edən konqresmen bildirib ki, Azərbaycan üzrə işçi qrupuna qoşulmağı ABŞ hərbi donanmasının Azərbaycan mənşəli zabiti Nəimi Əmirəliyev və onun xanımı Nailə ilə keçirdiyi görüşdən sonra qərara alıb. Konqresmen ABŞ-ın BMT Baş Assambleyasında səsə qoyulan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin əleyhinə çıxmasından təəssüflənib. O, ümid etdiyini bildirib ki, işçi qrupun fəaliyyəti nəticəsində ABŞ-ın bu mövqeyi dəyişəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR