Abbas Lisaninin səhhəti pisləşib

Abbas Lisaninin səhhəti pisləşib
# 18 mart 2008 12:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan və hazırda Yəzd həbsxanasında saxlanılan Abbas Lisaninin səhhəti pisləşib. A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə APA-ya bildirib ki, Əhərdən Yəzd həbsxanasına köçürülməsinə etiraz edən A. Lisani 12 gündür aclıq aksiyası keçirir. Onun sözlərinə görə, təkadamlıq kamerada saxlanılan A. Lisaninin böyrəyində ağrılar başlayıb. Buna baxmayaraq, o, həbsxananın tibb məntəqəsinə yerləşdirilməyib. Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsi isə İran hökumətindən məhbusun xəstəxanaya köçürülməsini tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR