Elmar Məmmədyarov Dağlıq Qarabağın statusunun bu bölgənin Azərbaycana reinteqrasiyasından sonra müəyyənləşəcəyini bildirib

Elmar Məmmədyarov Dağlıq Qarabağın statusunun bu bölgənin Azərbaycana reinteqrasiyasından sonra müəyyənləşəcəyini bildirib
# 07 may 2008 13:23 (UTC +04:00)
O, müasir dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun beynəlxalq ictimaiyyətin maraq dairəsinə daxil olan ən vacib məsələlərdən birinə çevrildiyini bildirib. Nazir cari ilin dekabr ayında Bakıda Avropa ölkələri mədəniyyət nazirlərinin mədəniyyətlərarası dialoqa həsr ediləcək qeyri-rəsmi konfransının keçiriləcəyini xatırladaraq bu konfransa Avropa Şurası, İSESCO, ALECSO nümayəndələrinin də qatılacağını diqqətə çatdırıb. E. Məmmədyarov Avropa Şurasının dövlət və hökumət başçılarının Varşava sammitində qeyd edildiyi kimi, Avropanın bəzi regionlarında həll edilməmiş münaqişələrin mövcudluğunu vurğulayaraq bunun narahatedici amil olduğunu deyib. O, münaqişələrin insanların təhlükəsizliyi, davamlı inkişaf və tərəflər arasında normal əlaqələrə xələl gətirdiyini söyləyərək onların tezliklə həllinin vacibliyini qeyd edib: ”Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalı, Dağlıq Qarabağın Azərbaycan Respublikasının siyasi, iqtisadi, hüquqi və sosial sistemlərinə reinteqrasiyası, münaqişədən zərər çəkmiş ərazilərin reabilitasiyası, məcburi köçkünlərin öz yurdlarına qayıtması təmin edilməli, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda həm erməni, həm də azərbaycanlı icmalarının sülh və harmoniya içində birgə yaşamaları üçün əlverişli mühit yenidən yaradılmalıdır”. E. Məmmədyarov bütün bunların Dağlıq Qarabağın Azərbaycan Respublikasının sərhədləri çərçivəsində statusunun müəyyən olunmasına lazımi əsaslar yaradacağını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR