DSM Bibiheybətdə mitinq keçirməkdən imtina edib

DSM Bibiheybətdə mitinq keçirməkdən imtina edib
# 08 may 2008 11:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Seçki Mərkəzinin (DSM) mayın 12-nə planlaşdırdığı mitinqin Bibiheybət qəsəbə stadionunda keçirilməsinə icazə verib. APA-nın məlumatına görə, DSM bu təklifdən imtina edib və mitinqi təxirə salıb. DSM verdiyi bəyanatda işğal altındakı ərazilərin azad olunması tələbi ilə keçirilməsi planlaşdırılan mitinq üçün şəhər kənarında yer ayrılmasını pisləyib və bunu insan azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib. Qurum Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşır.
Qeyd edək ki, DSM-də 9 partiya - Azadlıq, Milli Demokrat, Açıq Cəmiyyət, Təkamül, Yaşıllar, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR