Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 12 may 2008 13:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Qurumdan APA-ya verilən məlumata görə, yığıncaqda Qarabağla bağlı mitinq və forum keçirilməsi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, o cümlədən də ittifaqın fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub. DİU Demokratik Seçki Mərkəzinin (DSM) mayın 12-də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişinə etiraz olaraq keçirməyi planlaşdırdığı mitinqə icazə verilməməsini pisləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR