ADP bütün hallarda prezident seçkilərində iştirak edəcək

ADP bütün hallarda prezident seçkilərində iştirak edəcək
# 13 may 2008 09:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Seçki Məcəlləsinə hansı dəyişikliklərin edilməsindən asılı olmayaraq, Azərbaycan Demokrat Partiyası (ADP) payızda keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bununla belə, ADP sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında Seçki Məcəlləsinə edilən dəyişikliklərlə demokratik seçki keçirilməsinin mümkün olmadığını qeyd edib: “Buna baxmayaraq, yenə də seçkilərə qatılacağıq və sonrakı mərhələlərdə öz qiymətimizi verib müvafiq addımlar atacağıq. İstənilən halda seçkiləri boykot etmək istisna olunur. Çünki partiyanın ali orqanının seçkilərdə iştirakla bağlı qərarı var və o qərarı poza bilmərik. Başqa mövqe olsa, o zaman ali orqanın toplantısı çağırılmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR