Rusiya ilə Azərbaycan arasındakı Samur körpüsünün ya təmiri, ya da yeni körpünün tikintisi barədə qərar qəbul ediləcək

Rusiya ilə Azərbaycan arasındakı Samur körpüsünün ya təmiri, ya da yeni körpünün tikintisi barədə qərar qəbul ediləcək
# 14 may 2008 16:13 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Samur çayı üzərindəki körpünün rekonstruksiyası ilə bağlı hər iki ölkə çox mötəbər ekspert qrupu formalaşdırıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, sabah hər iki ölkənin idarələrarası nümayəndə heyəti körpüyə baxış keçirəcək və oradakı vəziyyətlə maraqlanacaq. Q. Karasin mühəndislərin və memarların ya mövcud körpünün təmir olunması, ya da yeni körpünün tikintisi barədə qərar qəbul edəcəklərini söyləyib: “Bundan sonra məsələ hökumətlərarası səviyyədə müzakirə olunacaq. Ümid edirəm ki, ortaq məxrəcə gələ biləcəyik”. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşünə də toxunan qonaq ikitərəfli münasibətlərə aid aktual mövzuları, o cümlədən konsulluq, viza məsələlərini, Xəzərin statusunu, hər iki ölkənin ümumi qonşuları ilə münasibətlərini, Qafqazdakı münaqişələrin həllini müzakirə etdiklərini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR