UNESCO bəzi sahələr üzrə mütəxəssislərin hazırlanmasında Azərbaycana yardım göstərək
15 may 2008 11:01 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Bakıda keçirilən “Dünyada savadlılığın dəstəklənməsi” üzrə regional konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan UNESCO-nun baş direktoru Koişiro Matsuura təhsil naziri Misir Mərdanovla birgə bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Azərbaycana ilk dəfə 2000-ci il ildə gəldiyini deyən baş direktor bu müddətdə ölkədə xeyli irəliləyişin olduğunu bildirib. Təşkilatla Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran baş katib bu sahələr üzrə ekspertlərin Azərbaycana səfər edəcəyini söyləyib.
Öz növbəsində, M. Mərdanov bəzi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə bağlı təşkilatdan yardım istəyəcəklərini deyib. Bunlar məktəbəqədər müəssisələrin qurulması, ali məktəblərin qeydiyyatı, kadrların hazırlanması və s.-dir. Nazir bildirib ki, Azərbaycanın UNESCO ilə sonuncu birgə layihəsi peşə məktəblərin yaradılması ilə bağlı olub. Həmin layihəyə Azərbaycan 50, UNESCO isə 200 min dollar ayırıb.

Daxili siyasət
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024