Gürcüstanda Azərbaycan Demokratik Respublikasının yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib

Gürcüstanda Azərbaycan Demokratik Respublikasının yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib
# 26 may 2008 08:45 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirlər çərçivəsində Bolnisinin 4 böyük kəndində gürcü dili və kompüter kurslarının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondu və Azərbaycan Dövlət Neft Şirkəti kursları lazımi avadanlıqlarla təmin edib.
Marneulidə fəaliyyət göstərən Mədəniyyət Mərkəzində isə Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın, Gürcüstan parlamentinə yeni seçilmiş azərbaycanlı deputatlar Azər Süleymanov və Ramin Bayramovun, müxtəlif universitetlərdə təhsil alan tələbələrin, ziyalıların iştirakı ilə yubiley tədbiri keçirilib. Q. Paşayeva şərqdə yaradılmış ilk respublika və parlamentin tarixi əhəmiyyətindən danışıb.
Paytaxt Tiflisdə keçirilən tədbirlər çərçivəsində isə Heydər Əliyevin büstü, Azərbaycan Demokratik Respublikasının yaradıcıları Fətəli Xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR