Azərbaycanda keçiriləcək beynəlxalq konfransda NATO-nun dəstəyi ilə reallaşan bir neçə layihənin təqdimatı olacaq

Azərbaycanda keçiriləcək beynəlxalq konfransda NATO-nun dəstəyi ilə reallaşan bir neçə layihənin təqdimatı olacaq
# 26 may 2008 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. İyunun 26-27-də NATO-nun dəstəyi ilə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq konfransda alyansın dəstəyi ilə regionda reallaşan “Raket yanacağının (melanj) ləğvi”, “Saloğlu” və Böyük İpək Yolu üzərində yerləşən ölkələrin vahid süni peykinin kosmosa çıxarılması təşəbbüsünü özündə əks etdirən “Silk Sat” layihələrinin təqdimatı nəzərdə tutulur. Bu barədə APA-ya NATO-dan məlumat verilib. NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun dəstəyi ilə keçiriləcək konfransda NATO-ya üzv olan 26 dövlətlə yanaşı, dünyanın müxtəlif regionlarından alyansla tərəfdaşlıq proqramları üzrə əməkdaşlıq edən ölkələr də qatılacaq. Konfransda, həmçinin NATO-nun dəstəyi ilə digər ölkələrdə reallaşdırılan bir sıra iqtisadi layihələr, alyansın informasiya təhlükəsizliyinin təmin edilməsində rolu ilə bağlı layihələr də təqdim olunacaq.
Azərbaycan hökumətinin NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) yardımı ilə həyata keçirdiyi “Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu Layihəsi”, həmçinin başa çatmış “Raket yanacağının (melanj) ləvği” layihələrinin nəticələri barədə tədbir iştirakçılarına məlumatlar veriləcək. Tədbir çərçivəsində “Saloğlu” layihəsinin üçüncü mərhələsinin NATO tərəfindən maliyyələşdirilməsinə dair müqavilənin imzalanması da nəzərdə tutulur.
Konfrans zamanı NATO rəsmiləri Azərbaycanın müvafiq qurumları ilə gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər layihələr barəsində də fikir mübadilələri aparacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR