Azərbaycanın xarici işlər naziri Polşaya rəsmi səfər edəcək

Azərbaycanın xarici işlər naziri Polşaya rəsmi səfər edəcək
# 30 may 2008 12:10 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 12-13-də Polşada rəsmi səfərdə olacaq. Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarov polşalı həmkarı Radoslav Sikorski ilə görüş keçirəcək, ikitərəfli münasibətlərin perspektivlərini və digər aktual məsələləri müzakirə edəcək. Hazırda səfərin proqramı dəqiqləşdirilir.
Qeyd edək ki, bu səfər Polşa xarici işlər nazirinin ötən il Bakıya səfərinə cavab olaraq həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR