Piter Semnebi: “Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir”

Piter Semnebi: “Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir”
# 02 iyun 2008 14:21 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, qarşıdakı seçki Azərbaycanla Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının imzalanmasından sonra keçiriləcək ilk seçkidir: “Biz digər beynəlxalq təşkilatlarla birlikdə seçki kampaniyasının gedişini və bilavasitə seçkini müşahidə edəcəyik”. P. Semnebi bu kontekstdə media məsələsinin də önəmli rol oynadığını və AB-nin bu sahədəki vəziyyəti də müşahidə edəcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR