Səfər Əbiyev: “Azərbaycan Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş kimi baxıb”

Səfər Əbiyev: “Azərbaycan Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş kimi baxıb”
# 02 iyun 2008 15:16 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Azərbaycan Müdafiə Nazirliyində əvvəlcə müdafiə nazirlərinin təkbətək, sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub.
S. Əbiyev bildirib ki, Azərbaycan və Ukrayna arasında müxtəlif istiqamətlər üzrə geniş əlaqələr var, xüsusilə iqtisadi sahədə mövcud əlaqələr iki ölkənin bir-birinə yaxınlaşmasına daha böyük təkan verib. Azərbaycan prezidentinin bir müddət əvvəl Ukraynaya səfəri zamanı imzalanan sənədlərin münasibətlərin dərinləşməsi üçün geniş imkanlar açdığını qeyd edən nazir Azərbaycanın Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş ölkə kimi baxdığını vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilərkən Ukraynanın ədalətli mövqe tutaraq Azərbaycanın mövqeyini dəstəkləməsi də buna əyani sübutdur”.
Azərbaycanın müdafiə naziri Ermənistanın işğalçı siyasət yürütməsi nəticəsində regionda vəziyyətin gərgin hal aldığını ukraynalı həmkarının diqqətinə çatdırıb. Nazirin sözlərinə görə, bu günə qədər beynəlxalq təşkilatların vasitəsilə aparılan danışıqlar da heç bir səmərə verməyib. S. Əbiyev münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, digər vasitələrdən istifadə ediləcəyini istisna etməyib.
Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR