Azərbaycanın xarici işlər naziri Belarusa rəsmi səfərə gedəcək

Azərbaycanın xarici işlər naziri Belarusa rəsmi səfərə gedəcək
# 05 iyun 2008 12:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 10-11-də Belarusa rəsmi səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Belarus XİN-in mətbuat katibi Andrey Popov açıqlama verib. O bildirib ki, E. Məmmədyarov Minskdə Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko, parlamentin aşağı palatasının sədri Vadim Popov və həmkarı Sergey Martınovla görüşlər keçirəcək. Danışıqlarda əsasən enerji və xarici siyasət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR