Tehran İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları barəsində qərar çıxarıb

Tehran İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları barəsində qərar çıxarıb
# 10 iyun 2008 13:10 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Səlavatinin sədrliyi ilə keçirilən məhkəmə iclası zamanı jurnalist və hüquq müdafiəçisi Səid Mətinpura şərti olaraq 8 il, vəkil Saleh Kamraniyə isə şərti olaraq 1 müddətinə həbs cəzası verilib. Onların hər ikisi casusluq və hakimiyyət əleyhinə mübarizədə ittiham olunur. Digər fəallar Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Salikiniya, Mirqasım Seyyidinzadə, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Heydəri, həmçinin Tehran Universitetinin müəllimləri Abdullah Abbasi Cavan və Məhəmmədəli Heydəri isə siyasi fəaliyyətlərinə görə 5 il müddətinə şərti həbs cəzasına məhkum ediliblər. Qeyd edək ki, adları çəkilən azərbaycanlılar 2006-cı ilin qanlı may hadisələri və Beynəlxalq Ana Dili günlərində İran hüquq-mühafizə qüvvələri tərəfindən həbs edilib, aylarla ağır işgəncə və təzyiqə məruz qalıblar, sonra isə külli miqdarda girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR