Rusiyada islam problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Rusiyada islam problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 11 iyun 2008 07:47 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Rusiyada iyunun 23-24-də islam problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumata görə, Rusiya paytaxtında keçiriləcək tədbir İran və Rusiya institutları tərəfindən birgə hazırlanıb. İki günlük konfransda islam dünyasından 30-dək elmi tədqiqatçı və siyasətçi iştirak edəcək. Onların arasında Azərbaycan,Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Seneqal, Suriya, Mərakəş, BƏƏ, Indoneziya, İordaniya və Tunislə bərabər ABŞ, Fransa, Böyük Britaniya və Kanadadan da iştirakçılar olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR