YAP sədrinin müavini partiyanın 450 mininci üzvünə vəsiqəni təqdim edib

YAP sədrinin müavini partiyanın 450 mininci üzvünə vəsiqəni təqdim edib
# 12 iyun 2008 09:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 450 mininci üzvünə partiya vəsiqəsinin təqdim olunması ilə bağlı mərasim keçirilib. APA-nın məlumatına görə, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov hər il partiyaya 25-30 min nəfərin üzv olduğunu, 2008-ci ilin ilk 5 ayı ərzində isə 16 mindən artıq vətəndaşın partiya qəbul edildiyini bildirib. O, Azərbaycanın iqtisadi inkişafını və prezident İlham Əliyevin yürütdüyü siyasi xəttin uğurunu xüsusi qeyd edib: “YAP-a münasibət İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bu, seçkidə də özünü göstərəcək. İlham Əliyevin yüksək reytinqə malik olduğu heç kəsə sirr deyil”. Ə. Əhmədov son illər YAP-a daxil olanlar arasında gənclərin üstünlük təşkil etdiyini də söyləyib.
Sonda YAP-ın Nərimanov rayon təşkilatından olan 450 mininci üzvə, Azərbaycan Müəllimlər İnstitutunun 1-ci kurs tələbəsi Şahanə Məmmədcanovaya partiyanın 450 mininci üzvlük vəsiqəsi təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR