ADP MSK-nın formalaşdırılması qaydasının dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

ADP MSK-nın formalaşdırılması qaydasının dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib
# 12 iyun 2008 14:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Demokrat Partiyası (ADP) Mərkəzi Seçki Komissiyasının (MSK) formalaşdırılması qaydasının dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP müraciətində Milli Məclisə keçirilən seçkilərdə iştirak edərək deputat mandatı qazanmış siyasi partiyalar blokunun MSK-nın formalaşdırılmasında iştirak etməməsini Seçki Məcəlləsindəki hüquqi boşluq kimi qiymətləndirib və bunun Konstitusiyaya zidd olduğunu bildirib. ADP Seçki Məcəlləsinin 24-cü maddəsinin Konstitusiyaya uyğunluğu haqqında rəy verilməsini və 2005-ci il seçkilərinə siyasi partiyalar blokunun tərkibində qatılmış partiyaların MSK-nın formalaşdırılmasında iştirak hüququnun bərpası ilə bağlı qərar çıxarılmasını istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR