Əli Həsənov: “Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək qurumların siyahısı hazırdır”

Əli Həsənov: “Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək qurumların siyahısı hazırdır”
# 13 iyun 2008 10:18 (UTC +04:00)
Bunların sırasında hökumətlərarası beynəlxalq təşkilatlar, Avropa Şurası, ATƏT, onun müxtəlif qurumları, Avropa Parlamenti, Amerika Birləşmiş Ştatlarını təmsil edən digər qurumlar, seçki ilə bağlı müxtəlif müşahidə və monitorinqlər aparan qeyri-hökumət təşkilatları, ayrı-ayrı ölkələrin mərkəzi seçki komissiyası və onun nümayəndələri var”. APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Seçkini müşahidə edəcək qurumların siyahısının artıq hazırlandığını qeyd edən şöbə müdiri Mərkəzi Seçki Komissiyasının dəvəti qrafik əsasında həyata keçirəcəyini bildirib: “Bundan başqa, bəzi beynəlxalq təşkilatlar, o cümlədən hökumətlərarası təşkilatlar öz təşəbbüsü ilə seçki monitorinqini, seçki prosesini izləmək üçün müraciət edir. Belə müraciətlər həm parlamentə, həm Mərkəzi Seçki Komissiyasına, həm Xarici İşlər Nazirliyinə, həm də digər müvafiq qurumlara daxil olur. Hər halda reallıq budur ki, seçkiləri müşahidənin miqyası düşündüyümüzdən də geniş olacaq, düşündüyümüzdən də çox təşkilat bu seçki müşahidəsinə qatılacaq. Biz də Azərbaycandakı seçkilərin şəffaf şəkildə müşahidə olunmasında, mövcud nəticə və reallıqların olduğu kimi işıqlandırılmasında maraqlıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR