Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib
# 13 iyun 2008 14:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, şəhər rəhbərliyi aksiya ilə bağlı bu gün partiyaya cavab məktubu ünvanlayıb. Məktubda bildirilir ki, Müsavat Partiyasının mayın 4-də və 18-də mitinq keçirmək üçün müraciətinə cavab olaraq aksiyalar üçün Bibiheybətdə yer ayrılıb, lakin partiya bundan imtina edib. Bu əsas gətirən şəhər rəhbərliyi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozmasına etiraz olaraq piketin keçirilməsini məqsədəuyğun saymayıb. BŞİH-nin cavabının qanuna zidd olduğunu deyən A. Hacılı isə aksiyanın keçirilməsinin məqsədəuyğun olub-olmamasını onu təşkil edən tərəfin müəyyənləşdirdiyini bildirib. O, qanunda nəzərdə tutulan addımı atdıqlarını və BŞİH-nin binası qarşısında piket keçirəcəklərini bildirib.
Qeyd edək ki, partiya mayın 4 və 18-nə təyin etdiyi aksiyaları istədikləri yerdə keçirmələrinə icazə verilməməsinə etiraz olaraq BŞİH-nin binası qarşısında piket təyin edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR