Prezident Aparatının şöbə müdiri: “Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm”

Prezident Aparatının şöbə müdiri: “Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm”
# 14 iyun 2008 10:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm. Bunu insanların şəxsi fikri sayıram, çünki bu fikirlər Azərbaycanın mövcud reallıqlarına uyğun deyil”. APA-nın məlumatına görə, bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, seçkilərin boykot edilməsi hamının fikri deyil: “Mən düşünmürəm ki, seçkiləri bu gün boykot etmək mümkündür. Əgər hər hansı şəxs, partiya seçkilərdə iştirak etməsə belə, bu seçkilərin boykot edilməsi demək deyil. Seçkiləri boykotunu yalnız seçicilər seçkilərə qatılmamaq yolu ilə edə bilərlər. Bu da real deyil. Çünki seçkiyə kifayət qədər seçici qatılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR