Azərbaycan vətəndaşlarının AİHM-də Ermənistana qarşı qaldırdığı iddialardan ikisi icraata götürülüb

Azərbaycan vətəndaşlarının AİHM-də Ermənistana qarşı qaldırdığı iddialardan ikisi icraata götürülüb
# 18 iyun 2008 12:48 (UTC +04:00)
İrəvan-APA. Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Ermənistana qarşı təxminən 500 şikayət göndərilib. APA-nın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın AİHM-dəki səlahiyyətli nümayəndəsi, bu ölkənin ədliyyə nazirinin müavini Gevork Kostanyan bildirib. Q. Kostanyan həmin şikayətlərdən ikisinin icraata götürüldüyünü deyib. O, Ermənistan hökumətinin iddiaların araşdırılmasında üçüncü tərəf kimi iştirak etdiyini bildirib. Gevork Kostanyan Ermənistana qarşı icraata götürülən iddialardan birinin bu ölkədən qaçqın düşmüş azərbaycanlı tərəfindən qaldırıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycandan qaçqın düşmüş iki erməninin də Azərbaycan hökumətinə qarşı iddiası araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR