Bakı-APA. Bu gün Gəncə şəhəri, Kəpəz rayonunda bir nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:55-də başa çatıb.