2024-cü ildə də antiinflyasiya tədbirləri davam etdiriləcək

2024-cü ildə də antiinflyasiya tədbirləri davam etdiriləcək
# 14 dekabr 2023 16:40 (UTC +04:00)

2024-cü ildə də antiinflyasiya tədbirləri davam etdiriləcək.

APA xəbər verir ki, bu barədə "İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclasında bildirilib.

“İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrupun rəhbəri Rüfət Məmmədov tərəfindən növbəti ildə də antiinflyasiya tədbirlərinin davam etdirilməsi, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi və onun səbəblərinin araşdırılması, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi istiqamətində zəruri işlərin görüləcəyi qeyd olunub. Rəqabət Məcəlləsinin qəbul olunmasının da bu proseslərə müsbət təkan verəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR