Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda bank olmayan kredit təşkilatlarından biri nizamnamə kapitalını azaldıb.
Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bank olmayan kredit təşkilatı "Effektinvest" MMC-nin ümumi yığıncağına əsasən təsisçi Fuad Abduriza oğlu Məhəmmədovun ərizəsi əsasında nizamnamə kapitalında ona məxsus olan 60 padan 300 000 manat məbləğindən 20 pay, 100 000 manat məbləği hissəsinin geri götürülməsinə razılıq verilib.
Bununla əlaqədar olaraq cəmiyyət nizamnamə kapitalının 100 000 manat məbləğində azaldığını elan edir.