“Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
# 17 noyabr 2016 11:53 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

“Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məşqin məqsədi Cəmiyyətin mülki müdafiə planlarının operativliyinin araşdırılması, rəhbər heyətə fövqəladə hallar zamanı yaranmış vəziyyətin qiymətləndirməsi, hərtərəfli dərin təhlilin aparılması, əsaslı qərarların qəbul edilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılan zaman mülki müdafiə qüvvələrinin fasiləsiz idarə olunmasının öyrədilməsi olub.

Fövqəladə Hallar Komissiyasının sədri (Mülki müdafiə qərargah rəisi), “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov şərti məlumatlar əsasında səhər saatlarında baş verən zəlzələ nəticəsində neft məhsulları ilə yüklü qatarın qəzaya uğraması, 2 vaqon relsdən çıxaraq aşması nəticəsində neft məhsulunun Kür çayına axması, Hacıqabul stansiyasının, vaqon deposunun, Yanacaq təminatı məntəqəsinin və Marşrut rele mərkəzi inzibati binalarının uçması və yanğınların baş verməsi və kimyəvi maddələrlə yüklü qatarın relsdən çıxaraq elektrik qatarının ikinci vaqonu ilə toqquşması hadisələri zamanı rəhbər heyətinin funksional vəzifələrinin dəqiqləşdirilməsi barədə göstəriş verib.

Məşqdə fəlakətin nəticələrini aradan qaldırmaq üçün Yük daşımaları Departamentinin, İnfrastruktur Departamentinin, Yanğından mühafizə və Fövqəladə Hallar Qatarının, Həkim-Sanitar Xidmətinin, İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələrinin qəza-bərpa vasitələrinin və digər vasitələrin hazırlıq vəziyyəti və hadisə yerində işlərin ardıcıllığının müəyyən edilməsi müzakirə edilib.

Mülki müdafiə məşqi başa çatandan sonra məşqin nəticələri təhlil olunub, aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib. Məşq zamanı qarşıya qoyulmuş məqsədə əsasən nail olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR