Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvarda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 20-də axşam saatlarında Ələt-Astara magistralının rayonun Əsgərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 49 yaşlı Yusif Balaxan oğlu Xankişiyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobillə Biləsuvar rayon sakini, 22 yaşlı Elşən Valeh oğlu Abbasovun idarə etdiyi eyni markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil ciddi zədələnib, həmçinin onların sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.