Ombudsmanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” keçiriləcək

Ombudsmanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” keçiriləcək
# 10 oktyabr 2016 14:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikada “Uşaq hüquqları aylığı” keçirilir. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman bu il də “Uşaq hüquqları aylığı” keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə məktubla müraciət edib.

Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatlar Ombudsmana təqdim ediləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.

Qeyd olunub ki, bu il Azərbaycan tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 27 ili tamam olur və 20 noyabr tarixi bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR