EBRD: Gələn il Azərbaycan iqtisadiyyatı 1% artacaq

EBRD: Gələn il Azərbaycan iqtisadiyyatı 1% artacaq
# 03 noyabr 2016 17:07 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank Reconstruction and Development, EBRD) Azərbaycanda 2016-cı il üzrə resessiya ilə bağlı proqnozunu 3% səviyyəsində saxlayıb. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə EBRD-nin regional iqtisadi icmalında deyilir.

EBRD Azərbaycanda 2017-ci ildə iqtisadi artımla bağlı proqnozunu 1% səviyyəsində qoruyub. Qeyd edək ki, may ayından etibarən proqnoz bu səviyyədə olub.

"Yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% azalıb. Qeyd edilən dövrdə neft sektoru üzrə ÜDM 6,1% azalıb. Ötən illərdə iqtisadi artımın əsas drayveri olan sahələrə investisiyaların həcmində də azalma müşahidə olunub. Milli valyutaya inamın artırılması cəhdlərinə baxmayaraq hesabat dövründə manata təzyiqlər davam edib. İnflyasiya 2015-ci ildəki 4% səviyyəsindən 11,2%-dək artıb ki, buna manatın ucuzlaşması səbəb olub", - deyə sənəddə qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR