Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Avqust - <span style="color: red;">VİDEO
# 29 avqust 2015 17:02 (UTC +04:00)

Çin yuanı devalvasiya etdi və dünyanın iqtisadi gələcəyini özündən asılı vəziyyətə saldı. İqtisadi böhranın dərinləşməsi, yaxud böhrandan çıxış üçün sağlam əsasların yaranması Çin hökumətinin yürüdəcəyi siyasətdən asılıdır. Pekinin sükan arxasına keçməsi makroiqtisadi mühitdə ciddi bir dəyişiklik yaradıb - artıq ABŞ və Səudiyyə Ərəbistanı neft bazarında əvvəlki tək sərbəst deyil. Pekin öz iqtisadi potensialını sürətlə siyasi potensiala çevirir, yuanın devalvasiyası Çin mallarının dünya bazarında rəqabətə davamlılığını ikiqat artırır. Üstəlik Çin yuanının Beynəlxalq Valyuta Fondunun ehtiyat valyuta səbətinə daxil edilməsi ehtimalı var, bu, Çinin dünyada gedən iqtisadi proseslərə təsir imkanını daha da yüksəldəcək. Göründüyü kimi, OPEK rəsmisi bu mənada haqlıdır, dünya bazarında neftin qiymətinin yenidən bahalaşması Çin iqtisadiyyatında pozitiv irəliləmələrin başlamasından asılı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR