“Azercell”: Gələn il investisiya qoyuluşunda azalma olmayacaq

“Azercell”: Gələn il investisiya qoyuluşunda azalma olmayacaq
# 04 noyabr 2016 15:54 (UTC +04:00)

Gələn il telekommunikasiya sektorunun inkişafına qoyulacaq investisiya builkindən az olmayacaq.

APA-Economics”in məlumatına görə, bunu “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev deyib.

“Gələn il qoyulacaq investisiyanın həcmini bilirik. “Azercell” şirkətinin daha yaxşı fəaliyyət göstərməsi, müştərilərinə daha yüksək keyfiyyətli xidmət göstərməsi və daha yüksək texnologiyalar idxal etməsi üçün təsisçilərimiz tərəfindən heç bir investisiya məhdudiyyəti qoyulmayıb. Eyni vaxtda müxtəlif layihələri həyata keçirmək asan deyil. Ona görə də biz addımbaaddım hərəkət edirik. Əsas odur ki, investisiyada heç bir problem yoxdur”, - deyə V.Mürsəliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR