Bank Of Baku

AZAL Səudiyyə Ərəbistanı və Monteneqro istiqamətində yeni reyslər açır

AZAL Səudiyyə Ərəbistanı və Monteneqro istiqamətində yeni reyslər açır
# 19 aprel 2018 12:36 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək.

 

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, reyslər “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

 

Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

 

Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices  bronlaşdırmaq və əldə etmək mümkündür.  Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.az saytında da əldə etmək mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR