Dağıstanda təqaüd paylayan 2 poçtalyon öldürülüb, 20 milyon rubl oğurlanıb

Dağıstanda təqaüd paylayan 2 poçtalyon öldürülüb, 20 milyon rubl oğurlanıb
# 20 oktyabr 2016 09:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Dağıstanın Humbet rayonu ərazisində naməlum şəxslər təqaüd paylayan 2 poçtalyonu öldürüb və qarət edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə 20 milyon rublun (təxminən 320 min dollar) oğurlandığını bildirib.

Hadisə Natux kəndi yaxınlığındakı dağ yolunda baş verib. Təqaüdçülərin pulunu ünvanlarına çatdırmaq istəyən ər və arvadın avtomobili atəşə tutulub. Onlar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR