Azərbaycan prezidenti: "SOCAR özəlləşdirilməyəcək"

Azərbaycan prezidenti: "SOCAR özəlləşdirilməyəcək"
# 22 yanvar 2016 04:52 (UTC +04:00)

Bakı - APA-Economics. “Yaxın vaxtlarda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq”.

APA-Economics” xəbər verir ki, bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirilməyəcək: “SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz”.

Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualına prezident belə cavab verib: “Rusiya Azərbaycanın yaxın dostudur. İstəsələr, yalnız şad olarıq. Lakin hələlik müraciət edən olmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR