Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 61 mln. 359 min 400 dollar təşkil edib.
“APA-Economics”in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət dövriyyəsinin 53 mln. 317 min 300 dollarını ixrac, 8 mln. 42 min 100 dollarını idxal təşkil edib.
Nəticədə 45 mln. 275 min 200 dolları dəyərində müsbət saldo yaranıb.